Evimizdə bəslədiyimiz bitkiləri çox sevirik, onlardan bəziləri quruyanda isə çox məyus oluruq. Bu səbəbdən onlara gözümüz kimi baxırıq.
Milli.Az çiçəklərinizin daha sağlam böyüməsini təmin edəcək, evdə yetişən bitkiləri canlandıracaq möcüzəvi bir üsulu təqdim edir.
Ev şəraitində yetişdirilən bitkilər məhdud sahə səbəbindən qısaömürlü çiçəklər açır, həddindən artıq sulanan torpaq isə öz effektivliyini tez itirir. Bal və suyun qarışdırılması ilə hazırlanan bal şərbəti xalq arasında gübrə şərbəti kimi də tanınır. Balın faydası təkcə insan orqanizminə deyil, həm də torpağa çox yaxşı təsir edir. Bu sadə qarışıq torpağı yenidən məhsuldar hala gətirir.
Bal şərbəti əslində bar verməyə yaxın olan ağaclar və ya tərəvəzlər üçün istifadə olunur. Bitkinin dibinə töküldüyü zaman torpaqdakı bütün çatışmazlıqları tamamlayan bal, daha çox məhsul əldə etməyə kömək edir. Ev bitkilərində isə daha böyük çiçəklərin açmasını təmin edir.
Kiçik qablarda tez-tez sulanan ev bitkilərinin torpağında duzluluq və asidlik dərəcəsi artır. Bal özünün pH tənzimləyici xüsusiyyəti ilə bunun qarşısını alır.
Bal torpağın nəm balansını qorumaqla yanaşı, bitkinin daha çox su saxlamasına yardımçı olur. Əgər evdən uzunmüddətli ayrılacaqsınızsa, bitkilərinizə bal şərbəti verərək rahatca gedə bilərsiniz. Bu üsul kaktusların da uzun müddət su depolamasına kömək edir.
Torpağı dəyişdirilməli olan bir bitkiyə yeni torpaq tapana qədər bal şərbəti ilə dəstək verə bilərsiniz. Tərkibindəki qida maddələri sayəsində torpağı müəyyən müddət məhsuldar saxlayan bu qarışıq, solmaqda olan bitkini belə yenidən canlandırır.
İnsanlar xəstələnərkən immuniteti gücləndirmək üçün bal istehlak etdiyi kimi, bal bitkilərin də sağlamlığının bərpasına və xəstəliklərlə mübarizə aparmasına kömək edən böyük bir dərmandır.
Ballı su torpaqda milçəklənməyə (həşəratlanmaya) səbəb ola bilər. Bunun qarşısını almaq üçün bitkiyə aspirinli su ilə də əlavə dəstək verə bilərsiniz.
Lalə Qüdrətova
Milli.Az