Ayrılıq səbəbini açıqladı

3 İyun 2026 00:32

Kenan İmirzalıoğlu ilə baş rolu paylaşdığı "A.B.İ" serialından ayrılan Afra Saraçoğlu serialla vidalaşma səbəbini ilk dəfə açıqlayıb.

Milli.Az xəbər verir ki, serialda Çağla obrazına həyat verən Afra Saraçoğlu ötən günlərdə layihə ilə bağlı ona ünvanlanan suallara sərt reaksiya göstərmiş və bu davranışı tənqid olunmuşdu.

Kanye Westin konsertində iştirak edən Afra Saraçoğlu bu dəfə "A.B.İ" serialından niyə ayrılması ilə bağlı suala konkret cavab verib. Aktrisa bildirib: "Açığı, bir az dincələcəyəm. Çox gözəl və maraqlı bir çəkiliş dövrü keçirdim. OGM ilə yenə çox gözəl bir işə imza atmış olduq. Obrazımın hekayəsi bitdi, bu səbəbdən də serialdan ayrıldım. İndi bir az istirahət etmək istəyirəm, kefim yerindədir".

Müxbirin "Müqaviləniz onsuz da bir mövsümlük idi?" sualına isə məşhur aktrisa, "Bəli, elə danışmışdıq" cavabını verərək ayrılığın planlı olduğunu təsdiqləyib.

Lalə Qüdrətova
Milli.Az