Qoyun otaran çoban qayalıqda xəzinə tapıb - VİDEO

2 İyun 2026 22:25

Türkiyənin Elazığ vilayətinin Karakoçan rayonunda heyvan otaran çoban qayalıqdakı oyuqda arıların hazırladığı təbii balı aşkar edib. O, xüsusi geyimdən istifadə edərək təxminən 3 saat davam edən əməliyyatla balı toplayıb.

Milli.Az xarici mediaya istinadla xəbər verir ki, hadisə Yüzev kəndi ərazisində qeydə alınıb. İri buynuzlu heyvanlarını otarmağa aparan Doğan Eser sıldırım qayalıq ətrafında çoxlu arının uçduğunu görüb. Ərazini araşdıran çoban qayalar arasındakı oyuqda arı yuvası və bal olduğunu müəyyən edib.

Xüsusi qoruyucu geyim geyinən Eser nərdivan vasitəsilə yuvaya çataraq oyuğun girişindəki daşı çıxarıb və burada toplanmış təbii balı əldə edib. Daha sonra arıları toplamaq məqsədilə yuvanın yaxınlığında pətək yerləşdirib.

Çobanın balı çıxarma prosesi mobil telefon kamerası ilə lentə alınıb. (Sonxeber.az)

Milli.Az