Məhəmməd Əlinin nakdaun olduğu HƏMİN AN - VİDEO

7 İyun 2026 13:13

Sosial şəbəkələrdə yayılan arxiv kadrları bokssevərlərin böyük marağına səbəb olub.

Milli.Az xəbər verir ki, 1971-ci ilə aid görüntülərdə dünya boksunun əfsanələrindən biri olan Muhammad Alinin məşhur rəqibi Joe Frazier ilə qarşılaşmasından yaddaqalan anlar yer alıb.

Kadrlarda Məhəmməd Əlinin döyüş zamanı nokdauna düşdüyü məqam əks olunub. Həmin qarşılaşma boks tarixinin ən yaddaqalan görüşlərindən biri hesab olunur və illər keçməsinə baxmayaraq idman həvəskarlarının marağını cəlb etməkdə davam edir.

Yenidən paylaşılan görüntülər sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. İzləyicilər döyüşün tarixi əhəmiyyətindən danışaraq, Məhəmməd Əli və Co Freyzer arasındakı rəqabətin boks dünyasında xüsusi yer tutduğunu vurğulayıblar.

Qısa zamanda minlərlə baxış toplayan video xüsusilə boks həvəskarlarının diqqətini çəkib və nostalji hisslər yaradıb.

Hüseyn
Milli.Az