Qəbiristanlığın yerləşdiyi ərazi MÜZAKİRƏ YARATDI - VİDEO

7 İyun 2026 15:44

Sosial şəbəkələrdə yayılan video geniş müzakirə yaradıb.

Milli.Az xəbər verir ki, görüntülərdə avtomobil sürücüsü diqqətini çəkən mənzərəni lentə alaraq izləyicilərlə bölüşüb. O, qəbiristanlığın yaşayış evlərinə olduqca yaxın məsafədə yerləşməsinə təəccübləndiyini gizlətməyib.

Kadrlarda qəbiristanlıqla evlər arasındakı məsafənin az olması diqqət çəkib. Sürücü görüntünü şərh edərkən bu mənzərənin onda təəccüb yaratdığını bildirib.

Video qısa müddətdə sosial şəbəkələrdə yayılaraq müxtəlif fikirlərin səslənməsinə səbəb olub. Bəzi istifadəçilər bunun bir çox ölkələrdə və yaşayış məntəqələrində rast gəlinən adi hal olduğunu qeyd ediblər. Digərləri isə qəbiristanlığın yaşayış evlərinə bu qədər yaxın olmasını maraqlı və qeyri-adi hesab ediblər.

Maraq doğuran görüntülər sosial media istifadəçiləri arasında geniş müzakirə olunub.

Musa
Milli.Az