Sosial şəbəkələrdə yayılan maraqlı görüntü izləyicilərin diqqətini cəlb edib.
Milli.Az xəbər verir ki, kadrlarda taksi sürücüsünün avtomobilinə müştəri kimi minən şəxsin Türkiyə musiqisinin divası Bülent Ersoy olduğu görünür. Məşhur sənətçini qarşısında görən sürücü təəccübünü gizlədə bilməyib və həmin anları mobil telefonu ilə lentə alaraq sosial şəbəkədə paylaşıb.
Görüntülərdə sürücünün reaksiyası və davranışları diqqət çəkib. Video qısa müddətdə geniş yayılaraq minlərlə baxış toplayıb.
Sosial şəbəkə istifadəçiləri görüntüyə müxtəlif rəylər yazıblar. Onlar sürücünün yaşadığı təəccüb dolu anları maraqla izlədiklərini bildiriblər.
Musa
Milli.Az
b