Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.
Milli.Az-ın məlumatına görə, hadisə şəhərin "Yeni Gəncə" yaşayış massivi ərazisində qeydə alınıb.
Belə ki, hərəkətdə olan iki avtomobil toqquşub. Qəza zamanı bir neçə nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.
Hadisə yerinə DYP əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.
Milli.Az