Xoşqədəm Seda Sayanın verilişində ağladı

2 İyun 2026 18:48

Xəbər verdiyimiz kimi, Xoşqədəm Hidayətqızı Seda Sayanın proqramında qonaq olub.

Milli.Az-ın məlumatına görə, aparıcı uşaqlıq illərindən danışarkən göz yaşlarına hakim ola bilməyib.

"İmtahana vermək üçün atam məni universitetə apardı. Müharibənin ən pis vaxtları idi. Atam bulağın başını göstərib dedi ki, imtahanların bitəndə gəlib səni buradan götürəcəyəm. Gəlməsəm, bil ki, bu dünyada yoxam. Bütün imtahanları verdim. Sonuncu imtahan 4-cü mərtəbədə idi. Pəncərədən baxmadan aşağı endim ki, atamla görüşüm. Amma orada yox idi. Axşam saat 9-a qədər orada gözlədim, gələn olmadı. Universitetin mühafizəçisi niyə burada gözlədiyimi soruşanda dedim ki, atam gəlmədi. O xahiş etdi, mən universitetdə qaldım. Bu, bir il belə oldu.

Sankt-Peterburqda qardaşım var idi. O vaxt zəng etmək çətin idi. Türkiyə vasitəsilə mənimlə əlaqə saxlamışdı. Mənə deyəndə ki, Xoşqədəm, səni telefona gözləyirlər, sevincimdən 4-cü mərtəbədən aşağı qaçarkən yıxılıb qolumu qırdım. Telefonu əlimə alanda ilk sualım atamın yaşayıb-yaşamadığı oldu. Hamı sağ-salamat oradan çıxıbmış.

Sonra qardaşım məni Sankt-Peterburqa gətirtdi. Bir neçə ay orada qalandan, il yarım aradan sonra İmişliyə ailəmi görməyə getdim. Mənim atam zəhmli biri idi. İki mərtəbəli evimiz, yamyaşıl bağçamız vardı. Amma gedib gördüm ki, bir çadırın içində 10 kişi bir yerdə yatır. O görüş haqqında danışmayacağam, amma səhərə qədər ağladım. Və özümə bir söz verdim: Sən onları qurtaracaqsan. Nə olur-olsun, bu çadırdan çıxacağıq" deyə, Xoşqədəm bildirib. (axşam.az)

Milli.Az