"Anam o zaman deməyib ki, niyə bu günə qalmısan?"

2 İyun 2026 17:25

Bloqer Aynişan Quliyeva anası, əməkdar artist Aybəniz Haşımovadan aldığı həyat dərsləri ilə bağlı səmimi açıqlamaları ilə diqqət çəkib.

Milli.Az xəbər verir ki, o, televiziya proqramında qonaq olarkən həyatının çətin dönəmlərindən birində anasının ona verdiyi dəyərli məsləhətdən danışıb. Aynişanın sözlərinə görə, həmin vaxt yaşadığı problemlər onun həm ruh halına, həm də xarici görünüşünə təsir etmişdi: "Anam o zaman üzümə baxıb deməyib ki, qızım niyə bu günə qalmısan? Əvəzində verdiyio məsləhəti ilə buna işarə veribmiş. Bilirdi ki, işimi necə sevirəm. Dedi ki, özünə baxmasan, zərafətini qorumasan, xanımlığını unutsan, səninlə çalışmaq istəməyəcəklər. Həyatda nə çətinliyin olsa, bunu unutma. Bu söz qulağımda "sırğa oldu"". 

Influenser bildirib ki, anası onu qınamaq əvəzinə, özünə daha çox diqqət ayırmağın vacibliyini xatırladıb. Aybəniz Haşımovanın ona həyatın bütün çətinliklərinə baxmayaraq qadın zərifliyini və özünəinamını qorumağı tövsiyə etdiyi qeyd olunub.

Aynişan həmçinin vurğulayıb ki, uşaqlıqdan anasının söylədiyi xoş sözlər onun özünəinamının formalaşmasında mühüm rol oynayıb. Buna görə də sonradan sosial şəbəkələrdə onun görünüşünə yazılan tənqidləri təəccüblə qarşılayıb.

O əlavə edib ki, zaman keçdikcə anasının dediyi sözlərin nə qədər doğru olduğunu daha yaxşı anlayıb və həmin dövrə aid fotolara baxarkən bu məsləhətlərin əhəmiyyətini bir daha dərk edib.

Aynişan Quliyevanın açıqlamaları izləyicilər tərəfindən maraqla qarşılanıb və sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Musa
Milli.Az