"Gangnam Style"nin ifaçısı saxlanıldı

2 İyun 2026 15:55

Cənubi Koreyada müğənni və repçi Psy (əsl adı Pak Çe San) üçüncü şəxslər vasitəsilə reseptlə satılması nəzərdə tutulan psixotrop preparatların alınmasında şübhəli bilinərək prokurorluğa aparılıb.

Milli.Az xəbər verir ki, bu barədə Seul polisinə istinadən "Korea Times" nəşri məlumat yayıb.

"Gangnam Style" hitinin ifaçısı 2022-ci ildən 2025-ci ilə qədər olan dövrdə meneceri və digər şəxslər vasitəsilə (etibarnamə əsasında) psixotrop dərmanları əldə etməkdə günahlandırılır.

Qaydaların pozulmasına görə bir ilə qədər həbs və ya 10 milyon vona (6.59 min dollar) qədər cərimə cəzası nəzərdə tutulur.

Milli.Az