Lənkəran Dövlət Universitetinin tələbəsinin təsirli addımı sosial şəbəkələrdə böyük maraq doğurub.
Milli.Az xəbər verir ki, məzuniyyət sevincini fərqli şəkildə qeyd edən gənc qız məzun geyimini özü deyil, valideynlərinə geyindirərək onlara təşəkkürünü ifadə edib. Duyğusal anların yer aldığı görüntülər qısa zamanda internetdə yayılaraq izləyicilərin rəğbətini qazanıb.
Tələbə paylaşımında valideynlərinə olan sevgisini və minnətdarlığını da dilə gətirib. O, "İlk məzun videom bu olmalı idi. Həmişə yanımda olduğunuz üçün sizə nə qədər təşəkkür etsəm az olar" sözləri ilə duyğularını ifadə edib.
Görüntülər sosial şəbəkə istifadəçiləri tərəfindən böyük maraqla qarşılanıb. Bir çox izləyici gənc qızın valideynlərinə göstərdiyi ehtiramı yüksək qiymətləndirərək onun bu addımını nümunəvi davranış adlandırıb.
Qısa zamanda minlərlə baxış və bəyənmə toplayan video duyğusal məzmunu ilə izləyicilərin ürəyinə toxunub.
Musa
Milli.Az