Tibb elmləri namizədi Rəşid Mahmudov maraqlı açıqlaması ilə diqqət çəkib.
Milli.Az xəbər verir ki, mütəxəssis insan və heyvanların inkişaf xüsusiyyətlərindən danışaraq ceyran balasını nümunə göstərib. O, bildirib ki, ceyran balası doğulduqdan qısa müddət sonra ayağa qalxıb hərəkət edə bilir, insan körpəsində isə bu proses daha uzun zaman tələb edir.
Rəşid Mahmudovun sözlərinə görə, bu fərq əsasən sinir sisteminin formalaşması və inkişaf səviyyəsi ilə bağlıdır. O qeyd edib ki, heyvanlarda bəzi həyati funksiyalar doğuşdan etibarən daha sürətli fəaliyyət göstərir:
"Ceyranın balası daima torpaqla əlaqədardır, oradan qəbul edir. Ana bətnində olarkən bədəndə olan somatik sinirlər üzərində miyelin yığılır".
Mütəxəssis həmçinin vurğulayıb ki, insanın inkişaf prosesi doğulduqdan sonra da uzun müddət davam edir və bu, onun bioloji xüsusiyyətləri ilə əlaqədardır.
Musa
Milli.Az