Azərbaycanlı qadın 7 yaşlı oğlunu qətlə yetirdi

2 İyun 2026 12:09

Gürcüstanda azərbaycanlı qadın 7 yaşlı oğlunu öldürüb.

Milli.Az xəbər verir ki, hadisə Bolnisi rayonunun Dəmirli kəndində qeydə alınıb.

Bildirilib ki, 42 yaşlı Svetlana Əhmədova 7 yaşlı oğlu F.Əhmədova qayçı ilə zərbələr endirərək onu qətlə yetirib, daha sonra isə öz həyatına qəsd edib. Qadın bıçaqla özünə xəsarətlər yetirsə də, həkimlər həyatını xilas edə biliblər.

Qadın saxlanılıb və barəsində Gürcüstan Cinayət Məcəlləsinin 109-cu maddəsi ilə cinayət işi açılıb.

Yayılan məlumatlara görə, saxlanılan qadının psixi problemləri olub.

Milli.Az