Bu ölkədə güclü zəlzələ oldu

2 İyun 2026 10:23

İtaliya akvatoriyasında 6.1 bal gücündə zəlzələ qeydə alınıb.

Milli.Az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Bildirilib ki, yeraltı təkanların episentri təxminən 220 min əhalisi olan Messina şəhərindən 144 kilometr şimalda, ocağı isə 25 kilometr dərinlikdə yerləşib.

İtki və dağıntı barədə məlumat verilməyib.

Milli.Az