"Çelsi" klubu müdafiəçi Coş Açimponqu transfer etmək üçün bir neçə Avropa klubunun təklifini rədd edib.
Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, bu barədə insayder Fabrizio Romano məlumat verib.
İngiltərə Premyer Liqasının iki komandası da oyunçu ilə maraqlandığını bildirib. "Çelsi" Açimponqu Xabi Alonsonun yeni layihəsinin vacib hissəsi hesab edir. Onu saxlamaq qərarı "mavilər" və menecer arasında razılaşdırılıb.
Coş Açimponq ötən mövsüm 30 oyunda meydana çıxıb və iki qol vurub. Transfermarkt-ın məlumatına görə, onun bazar dəyəri 25 milyon avrodur. Onun London klubu ilə müqaviləsi 2029-cu ilin yayına qədərdir.
Milli.Az