Aparıcı Könül Muxtarova çalışdığı "Space" televiziyası ilə yollarını ayırıb.
Milli.Az xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında paylaşım edərək məlumat verib. "Sevilən səhər" proqramının aparıcısı olan Muxtarova işdən ayrılmasının səbəbini açıqlayıb.
Onun sözlərinə görə, son aylarda əməkhaqqı ilə bağlı yaranan problem bu qərarı verməsinə səbəb olub. Aparıcı üç aydır maaş ala bilmədiyini bildirib.
Könül Muxtarova qeyd edib ki, ödənişlərin nə vaxt həyata keçiriləcəyi ilə bağlı dəqiq məlumat verilmədiyindən televiziya ilə əməkdaşlığı dayandırmaq qərarına gəlib.
Aparıcının açıqlaması sosial şəbəkələrdə maraqla qarşılanıb və müzakirələrə səbəb olub.
Hüseyn
Milli.Az