33 yaşında faciəvi şəkildə vəfat etdi

2 İyun 2026 00:02

Yunanıstan millisinin sabiq müdafiəçisi Marios İkonomu yol qəzası nəticəsində vəfat edib.

Milli.Az xəbər verir ki, 33 yaşlı futbolçu 23 mayda baş verən ağır yol-nəqliyyat hadisəsinə görə bir neçə gün reanimasiyada qaldıqdan sonra dünyasını dəyişib.

Məlumata görə, İkonomunun idarə etdiyi motosiklet avtomobillə toqquşub və o, ağır xəsarətlər alıb.

Peşəkar karyerasına "Yanina" klubunda başlayan müdafiəçi daha sonra İtaliyada "Kalyari", "Bolonya", SPAL, "Bari" və "Sampdoriya" klublarında çıxış edib. O, həmçinin Yunanıstanın AEK klubunun da formasını geyinib.

İkonomu Yunanıstan millisində 6 oyunda meydana çıxıb. O, 2024-cü ildə futbolçu karyerasını başa vurmuşdu. (qol.az)

Milli.Az