DÇ-2026-ya hazırlaşan Türkiyə milli komandası bu gün yoxlama oyunu keçirib.
Milli.Az-ın xəbərinə görə, "ay-ulduzlular"ın rəqibi Şimali Makedoniya komandası olub. İstanbulda "Şükrü Saracoğlu" stadionunda keçirilən qarşılaşma Türkiyə millisinin böyükhesablı qələbəsi ilə yekunlaşıb - 4:0.
Qollları Orkun Kökçü (1-ci dəq.), Can Uzun (15), Deniz Gül (52) və Barış Alper Yılmaz (69) vurublar.
Türkiyə millisi mundiala hazırlıq çərçivəsində növbəti və sonuncu oyunda Venesuela millisi ilə üz-üzə gələcək (7 iyun).
Xatırladaq ki, Türkiyə millisi DÇ-2026-da ABŞ, Paraqvay və Avstraliya ilə D qrupunda mübarizə aparacaq.
Milli.Az