Cəlilabadda bədbəxt hadisə nəticəsində azyaşlı ölüb.
Milli.Az-ın məlumatına görə, hadisə rayonun Uzuntəpə kəndində baş verib.
Kənd sakini, 5 yaşlı Onur Amil oğlu Zamanov su anbarına düşərək boğulub.
Azyaşlının meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır. (APA)
Milli.Az