"İsrail və “Hizbullah” arasında atəşkəsəldə olunub"

1 İyun 2026 22:39

ABŞ Prezidenti Donald Tramp İsrailin Baş naziri Benyamin Netanyahu və Livanın "Hizbullah" hərəkatı ilə atəşkəs barədə razılıq əldə olunduğunu bildirib.

Milli.Az xəbər verir ki, Tramp bu barədə "Truth Social" hesabında yazıb.

ABŞ prezidenti qeyd edib ki, Netanyahu ilə keçirdiyi telefon danışığı məhsuldar olub və nəticədə İsrail qoşunları Beyruta göndərilməyəcək.

Onun sözlərinə görə, Beyrut istiqamətində hərəkət edən qüvvələrə də geri dönmək göstərişi verilib.

Tramp əlavə edib ki, yüksək səviyyəli nümayəndələr vasitəsilə "Hizbullah"la da müsbət danışıqlar aparılıb.

"Onlar atışmanın dayandırılmasına razılıq veriblər. İsrail onlara hücum etməyəcək, onlar da İsrailə hücum etməyəcəklər", - ABŞ prezidenti vurğulayıb.

Milli.Az