37 yaşlı kişi bıçaqlandı - Qaynı saxlanıldı

1 İyun 2026 19:14

Bakının Binəqədi rayonunda qətl hadisəsi baş verib.

Milli.Az-ın xəbərinə görə, hadisə ötən gün rayonun 28 May qəsəbəsində qeydə alınıb.

İlkin məlumata görə, 1996-cı il təvəllüdlü Taleh Qurbanov bacısının əri, Yevlax sakini 1989-cu il təvəllüdlü Qəlbinur Məmmədovu yaşadığı evdə bıçaqlayaraq qətlə yetirib.

Hadisədən sonra hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən Taleh Qurbanov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az