Toy mərasimindən yayılan görüntülər sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Milli.Az xəbər verir ki, kadrlarda rəqs meydançasında əylənən gəlinin yaxınlığından qaçaraq keçən azyaşlı oğlana reaksiya verməsi diqqət çəkib. Görüntülərdə gəlinin uşağa əli ilə vurduğu an əks olunub.
Video qısa zamanda yayılaraq müxtəlif fikirlərə səbəb olub. Bəzi istifadəçilər gəlinin hərəkətini tənqid edərək bunun yolverilməz olduğunu bildiriblər. Digərləri isə hadisənin kontekstdən çıxarılmış ola biləcəyini və görüntülərin tam vəziyyəti əks etdirmədiyini qeyd ediblər.
Mübahisəli görüntülər sosial media platformalarında çoxsaylı şərhlər toplayıb və istifadəçilər arasında fikir ayrılığı yaradıb.
Musa
Milli.Az