Ölkə bu VİDEO-dan danışır: 5 yaşlı qızı 8 yaşlı oğlan XİLAS ETDİ

1 İyun 2026 14:26

Rusiyanın Tümen şəhərində azyaşlı qızla bağlı baş verən hadisə böyük rezonans doğurub.

Milli.Az xəbər verir ki, 45 yaşlı kişi oyun meydançasında gördüyü 5 yaşlı qızı yaşayış binasının girişinə aparıb. Hadisə yaşayış binasının müşahidə kameraları tərəfindən qeydə alınıb.

Bildirilir ki, yaxınlıqda olan uşaqlar vəziyyəti görərək kömək çağırıblar. Həmin vaxt 8 yaşlı oğlan binanın giriş qapısının bağlanmasına mane olub və ətrafdakı insanların diqqətini çəkməyə çalışıb.

Səs-küyü eşidən və təsadüfən ərazidən keçən bir qadın dərhal binaya daxil olub. Bundan sonra kişi azyaşlını buraxıb. Qızın ciddi xəsarət almadığı bildirilir.

Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. Şübhəli şəxs saxlanılıb və onun barəsində cinayət işi açıldığı qeyd olunur.

Baş verən hadisə sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. İstifadəçilər azyaşlıların təhlükəsizliyinə daha çox diqqət yetirilməsinin vacibliyini vurğulayıblar.

Milli.Az