40 yaşında karyerasını BİTİRDİ

1 İyun 2026 14:35

İngiltərə futbolunun tanınmış simalarından olan Ceyms Milner peşəkar karyerasını başa vurduğunu açıqlayıb.

Milli.Az xəbər verir ki, 40 yaşlı yarımmüdafiəçi qərarını sosial şəbəkə hesabı vasitəsilə azarkeşləri ilə bölüşüb. Son illərdə "Brayton" forması geyinən futbolçu uzun və uğurlu karyerasına nöqtə qoyub.

Milner İngiltərə Premyer Liqası tarixinin ən təcrübəli futbolçularından biri kimi yadda qalıb. O, turnirdə keçirdiyi 658 oyunla rekord göstəricilərdən birinə imza atıb.

Karyerası ərzində yalnız İngiltərə klublarında çıxış edən futbolçu "Liverpul", "Mançester Siti", "Aston Villa", "Nyukasl" və "Lids" kimi məşhur komandaların şərəfini qoruyub.

Təcrübəli futbolçu zəngin karyerası ərzində çoxsaylı uğurlara imza atıb. O, bir neçə dəfə İngiltərə çempionu olub, həmçininUEFA Çempionlar Liqasının kubokunu qazanaraq adını futbol tarixinə yazdırıb.

Hüseyn
Milli.Az