Görkəmli Azərbaycan bəstəkarı və dövlət xadimi, Azərbaycan SSR mədəniyyət naziri, SSRİ Xalq artisti Rauf Hacıyevin ailəsinə ağır itki üz verib.
Milli.Az xəbər verir ki, mərhum bəstəkarın bacısı oğlu Nazim Musayev Göyçay şəhərində vəfat edib.
Mərhum rayonda tanınmış stomatoloqlardan olub.
Qeyd edək ki, Rauf Soltan oğlu Hacıyevi Həsən bəy Zərdabinin ailə qurmayan qızı Qəribsoltan xanım Məlikova 4 yaşından övladlığa götürərək saxlayıb. R.Hacıyev Fəxri xiyabanda dəfn olunub. /Axşam.az
Milli.Az