Rubionun köməkçisi Azərbaycanda səfərdədir

1 İyun 2026 10:00

ABŞ dövlət katibinin iqtisadi, enerji və biznes məsələləri üzrə köməkçi katibi Kaleb Orr Azərbaycanda səfərdədir.

Milli.Az xəbər verir ki, onun səfər çərçivəsində ABŞ rəsmisinin iyunun 1-2-də Bakıda keçirilən Bakı Enerji Həftəsində iştirak edəcəyi gözlənilir.

Həmçinin səfər zamanı ilk Azərbaycan-ABŞ İqtisadi Dialoqunun keçirilməsi nəzərdə tutulur.

Kaleb Orrun səfəri Azərbaycan ilə ABŞ arasında iqtisadi və enerji sahələrində tərəfdaşlığın müzakirəsi və yeni əməkdaşlıq imkanlarının nəzərdən keçirilməsi baxımından əhəmiyyət daşıyır.

Milli.Az