Hacıqabulda 66 yaşlı kişidən qadın turistə qeyri-etik davranış - VİDEO

31 May 2026 22:31

Hacıqabul rayonu ərazisində yaşlı kişinin qadın turistə qarşı qeyri-etik hərəkətlər etdiyi deyilir.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə sosial şəbəkələrdə görüntülər yayılıb.

Əldə etdiyimiz məlumata görə, turistlərin müraciəti əsasında polis əməkdaşları hadisə yerinə yaxınlaşıblar.

Onların iştirakı ilə araşdırma aparılıb, 66 yaşlı təqsirkar şəxs barəsində inzibati məsuliyyət tədbirləri görülüb.

Turistlərin əlavə şikayəti olmayıb və onlar müraciətlərinə operativ reaksiya göstərildiyinə görə polis əməkdaşlarına təşəkkür ediblər.

Milli.Az