“Toyota Prius” 15 yaşlı qızı vurdu - FOTO

31 May 2026 21:01

Mingəçevirdə 15 yaşlı piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə şəhərin Aydın Məmmədov küçəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "Toyota Prius" markalı avtomobil yolu keçən 2011-ci il təvəllüdlü Hacızadə Qəmər Bəxtiyar qızını vurub. Qəza zamanı Q. Hacızadə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma başlanıb.

Milli.Az