2025/2026 mövsümünün nəticələrinə əsasən UEFA Çempionlar Liqasının ən yaxşı futbolçusu bəlli olub.
Milli.Az xəbər verir ki, bu ada PSJ-nin gürcüstanlı vingeri Xviça Kvaratsxeliya layiq görülüb. Kvaratsxeliya geridə qalan Çempionlar Liqası marafonunda Fransa klubunun heyətində ümumilikdə 16 matça çıxaraq 10 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, Paris klubu ardıcıl iki mövsüm Çempionlar Liqasının kubokunu başı üzərinə qaldıran tarixdə ikinci komanda olub. Xatırladaq ki, parislilər ötən ilin final qarşılaşmasında Milanın "İnter" klubunu darmadağın edərək qələbə qazanıb (5:0). (qol.az)
Milli.Az