PSJ 2025/26 mövsümündə Çempionlar Liqasındakı uğurlu çıxışı sayəsində büdcəsini əhəmiyyətli dərəcədə artıracaq.
Milli.Az "Transfer News Live"a istinadən xəbər verir ki, Fransa nəhənginin turnirdən ümumi gəliri təxminən 150 milyon avro olacaq.
Gəlirin ən böyük hissəsi televiziya hüquqları üçün ödənişlərdən, mərhələ keçmək üçün nəzərdə tutulan mükafatlardan və turnirdə qalib gəlmək üçün bonuslardan əldə edilib. Klub həmçinin qarşıdan gələn UEFA Super Kuboku matçında iştirak etmək üçün vəsait alacaq.
Ödəniş strukturu belə görünür:
- Televiziya hüquqları - 34 milyon avro;
- UEFA klub əmsalı üçün ödənişlər - 11 milyon avro;
- Finalda iştirak - 18,6 milyon avro;
- Turnirin əsas mərhələsindəki nəticələrə görə bonuslar - 18,7 milyon avro;
- 1/8 finala çıxmaq - 11 milyon avro;
- Dörddəbir finala çıxmaq - 12,5 milyon avro;
- Yarımfinala çıxmaq - 15 milyon avro;
- Finala çıxmaq - 18,5 milyon avro;
- Çempionlar Liqasının qalibinin bonusu - 6,5 milyon avro;
- UEFA Super Kubokunda iştirak - 4 milyon avro.
Həmçinin qeyd olunur ki, PSJ Çempionlar Liqasında oynadığı son iki mövsüm ərzində təkcə UEFA-dan təxminən 300 milyon avro qazanıb. Bu məbləğə bilet satışından, kommersiya fəaliyyətindən və ev oyunlarına ev sahibliyi etməkdən əldə edilən gəlir daxil deyil.
Milli.Az