Şəbnəm yeni aldığı bahalı qızıllarını GÖSTƏRDİ - VİDEO

1 İyun 2026 10:50

Müğənni Şəbnəm Tovuzlu yeni aldığı zinət əşyaları ilə diqqət çəkib.

Milli.Az xəbər verir ki, sənətçi bahalı qızıl dəstlərini izləyicilərinə nümayiş etdirərək həmin anları sosial şəbəkə hesabında paylaşıb. Yayılan görüntülər qısa zamanda maraq doğurub və geniş müzakirələrə səbəb olub.

Videoda Tovuzlunun yeni qızıllarını nümayiş etdirməsi izləyicilərin diqqətindən yayınmayıb. Bəzi istifadəçilər sənətçinin zövqünü yüksək qiymətləndiriblər, digərləri isə paylaşımla bağlı müxtəlif fikirlər səsləndiriblər.

Sosial şəbəkələrdə sürətlə yayılan görüntülər çoxsaylı baxış və şərhlər toplayıb.

Musa
Milli.Az