Bu gecə səmada nadir astronomik hadisə müşahidə olunacaq.
Milli.Az xəbər verir ki, Ay eyni vaxtda həm "Mavi Ay", həm də "Mikro Ay" mərhələsinə düşəcək və ilin ən kiçik görünən dolunayı olacaq.
"Mavi Ay" eyni ay ərzində baş verən ikinci dolunay, "Mikro Ay" isə Ayın Yerə ən uzaq nöqtələrdən birində olduğu vaxt müşahidə edilən dolunaydır.
Astronomların bildirdiyinə görə, bu iki hadisənin eyni vaxta təsadüf etməsi olduqca nadirdir və növbəti belə hadisə yalnız 2053-cü ildə baş verəcək. Ay bu gecə mavi rəngdə görünməyəcək, "Mavi Ay" sadəcə astronomik termindir.
Milli.Az