Qara dənizin rəngi dəyişdi - Sahil qəhvəyi rəngə boyandı

31 May 2026 10:34

Türkiyənin Qiresun vilayətindəki Qara dəniz sahili güclü yağışlardan sonra qəhvəyi rəngə boyanıb.

Milli.Az xəbər verir ki, bu barədə Türkiyənin "Habertürk" telekanalı xəbər verib.

Məlumata əsasən, Qara dənizə axan çaylardan gələn yağış sularının təsiri nəticəsində sahilyanı ərazilərdə suyun rəngi dəyişib.

Suyun rəngindəki dəyişiklik Qara dənizə tökülən Aksu və Batlama çaylarının mənsəblərində müşahidə olunub.

Milli.Az