Razılaşma olmazsa, məsələ hərbi yolla həll ediləcək

31 May 2026 10:20

ABŞ Prezidenti Donald Tramp İranla razılaşma əldə olunmayacağı təqdirdə hərbi variantın gündəmdə qalacağını bildirib.

Milli.Az xəbər verir ki, "Fox News"a müsahibəsində Tramp belə deyib. O, ilk növbədə diplomatik həllə üstünlük verir.

ABŞ lideri vurğulayıb ki, Vaşinqton ya çox yaxşı bir razılaşma əldə edəcək, ya da problemi başqa üsulla həll edəcək.

Tramp əlavə edib ki, proses ləng getsə də, ABŞ tədricən istədiyi nəticəyə yaxınlaşır.

Milli.Az