Stalinin şərabları ilk dəfə hərraca çıxarılacaq

31 May 2026 09:38

Gürcüstan hökuməti Tbilisidə təxminən 40 000 nadir fransız və gürcü şərabından ibarət, vaxtilə İosif Stalinə məxsus içki anbarını ilk dəfə ictimaiyyətə açıb. Şüşələrin bir hissəsinin hərraca çıxarılması planlaşdırılır.

Milli.Az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Kolleksiya yarıqaranlıq zirzəmidə saxlanılır və bəzi şüşələr XIX əsrin əvvəllərinə aiddir. Hərracdan əldə olunacaq gəlirin Gürcüstanda şərabçılıq üzrə məktəbin açılmasına yönəldilməsi planlaşdırılır.

Layihə Gürcüstan Kənd Təsərrüfatı Nazirliyi ilə birlikdə "Gilauri Wines" şirkətinin sahibi İrakli Qilauri tərəfindən hazırlanıb.

Gürcüstanda doğulan və 1924-1953-cü illərdə SSRİ-yə rəhbərlik etmiş İosif Stalinin şərab həvəskarı və kolleksiyaçı olduğu məlumdur. Kolleksiyaya, həmçinin Fransanın Bordo bölgəsinin məşhur üzüm bağlarınıdan hazırlanmış, eləcə də Rusiya çarı II Nikolay və onun atası III Aleksandr üçün məxsus olmuş şərablar da daxildir.

1917-ci il inqilabından sonra sovet hakimiyyəti Romanovların imperator kolleksiyasını müsadirə edib və Stalin bu kolleksiyanın qoruyucusuna çevrilərək oraya gürcü şərablarını da əlavə edib./oxu.az

Milli.Az