Çempionlar Liqasının 2025/2026 mövsümünün həlledici matçında 8 illik həsrət sona çatıb. 2018-ci ildən bəri ilk dəfə finalda hər iki komanda qol vurmağı bacarıb.
Milli.Az xəbər verir ki, Budapeştdəki "Puşkaş Arena"da keçirilən PSJ və "Arsenal" qarşılaşmasının əsas vaxtı 1:1 hesabı ilə yekunlaşıb. "Arsenal"ın heyətində Haverts, PSJ-dən isə Demebele fərqlənib.
Qeyd edək ki, hazırda əlavə vaxt oynanılır və qapılara qol vurulmayıb.
Xatırladaq ki, finalda hər iki komandanın qol sevinci yaşaması sonuncu dəfə "Real" - "Liverpul" matçında (3:1) qeydə alınıb. (qol.az)
Milli.Az