PSJ yenə çempionlar çempionudur

30 May 2026 23:04

Bu gün UEFA Çempionlar Liqasında 2025-2026 mövsümünün qalibi məlum olub.

Milli.Az xəbər verir ki, həlledici görüşdə İngiltərənin "Arsenal" və Fransanın PSJ komandaları üz-üzə gəlib.

Macarıstanın paytaxtı Budapeştdə keçirilən matçın birinci hissəsi 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Komandalar əlavə vaxtda fərqi artırmağa nail olmayıb. Penaltilər seriyasından isə PSJ qalib ayrılıb.

30 may

UEFA Çempionlar Liqası
Final

20:00. PSJ (Fransa) - "Arsenal" (İngiltərə) - 1:1 (Penaltilər seriyası - 4:3)

Qol: Haverts, 6 (0:1), Dembele, 65-pen. (1:1)
Baş hakim: Daniel Zibert (Almaniya)
"Puşkaş Arena"

--------

Bu gün UEFA Çempionlar Liqasının 2025/2026 mövsümünün finalında Fransanın PSJ və İngiltərənin "Arsenal" klubları üz-üzə gələcək.

Milli.Az xəbər verir ki, komandalar matça aşağıdakı tərkibdə çıxacaqlar:

PSJ: Safonov, Markinyos, Paço, Mendeş, Hakimi, Neveş, Vitinya, Ruis, Due, Kvaratsxeliya, Dembele.

"Arsenal": Raya, Saliba, Maqalhaes, Lyuis-Skelli, Moskera, İnkapiye, Trossard, Rays, Edeqor, Saka, Haverts.

Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək görüşə Bakı vaxtı ilə saat 20:00-da start veriləcək. Oyunu almaniyalı referi Daniel Zibert idarə edəcək.

Milli.Az