"O sevgidə həm cəsarət, həm də sığınacaq var" - FOTO

30 May 2026 21:31

Əməkdar artist Fərqanə Qasımova yeni fotosessiyasını təqdim edib. 

Milli.Az xəbər verir ki, muğam ifaçısı bordo və qara rənglərin qarışığından hazırlanan geyimdə obyektiv qarşısına keçib. O, bildirib ki, şəkilləri yeni işıq üzü görəcək "Ana" layihəsi üçün çəkdirib. 

F.Qasımova paylaşımına "Ana", sanki bu 3 hərfli sözdə dünyanın möcüzələri gizlənib. Bu möcüzə bizə həyat bəxş edir. Bəxş etdiyi həyatda isə yolumuza mayak kimi işıq saçır. Bir sevgi yaranır onunla, o sevgidə həm sığınacaq, həm cəsarət, həm də ömrümüz boyu izləyəcəyimiz ilk və ən saf yol xəritəsi var" sözlərini yazıb. 

Milli.Az