Arne Slot istefaya göndərildi

30 May 2026 19:21

"Liverpul" baş məşqçi Arne Slotla yolları ayırıb.

Milli.Az xəbər verir ki, bunu Mersisayd təmsilçisinin mətbuat xidməti açıqlayıb.

Yeni məşqçi təyinatının prosesinə başlanıldığı bildirilib.

Niderlandlı çalışdırıcının rəhbərliyi altında komanda ötən mövsüm İngiltərə Premyer Liqasında çempion olub.

Qeyd edək ki, Slot 2024-cü ilin yayından "Liverpul"u çalışdırırdı.

Milli.Az