Xalq artistinin təmtəraqlı yubileyi - VİDEO

30 May 2026 19:37

Xalq artisti Ofeliya Sənaninin 85 yaşı tamam olub.

Milli.Az xəbər verir ki, tanınmış diktor yubileyi münasibəti ilə məclis təşkil edib. 

Restoranlardan birində keçirilən məclisə O.Sənaninin sənət dostları, yaxınları qatılıblar. Gecədən görüntülər sosial şəbəkədə paylaşılıb. 

"Ürəyim çox şaddır. Elə bil yeni doğulmuş balaca bir qızam. Çünki fərəhlənirəm, sevinirəm, onları görüdkcə cavanlaşıram. Demək olar ki, yaşda hamısından böyüyəm. Buradakıların hamısı mənim əzizlərimdir" deyə, O. Sənanı gecədə çıxış edərkən söyləyib. (Axşam.az)

Milli.Az