4 tondan artıq çətənə kolu məhv edilib

30 May 2026 10:19

Qaxda 4 tondan artıq çətənə kolu məhv edilib.

Bu barədə Milli.Az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Məlumata görə, Qax Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri "Xaş-xaş-2026" şərti adlı kompleks tədbirlər nəticəsində Əlibəyli kəndi ərazisində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar edilib.

Ümumi çəkisi 4 ton 200 kiloqram olan 9692 ədəd çətənə kolu məhv edilib.

Milli.Az