Çinin planı nədir?

30 May 2026 10:50

Çinin səhrada genişmiqyaslı hərbi obyektlər şəbəkəsi inşa etdiyi bildirilir. Peyk görüntülərinə əsaslanan məlumatlara görə, ölkənin şimal-qərbində yerləşən Sintszyan-Uyğur bölgəsində nüvə raket bazalarına yaxın ərazilərdə yeni hərbi komplekslər formalaşdırılır.

Milli.Az xəbər verir ki, artıq onlarla obyekt buraxılış meydançaları, bunkerlər, rabitə mərkəzləri və anbarlar istifadəyə verilib və ya tikilməkdədir. Analitiklər bu infrastrukturun Çinin strateji raket qüvvələrinin gücləndirilməsi və qorunmasına xidmət edə biləcəyini qeyd edirlər.

Peyk görüntülərində həmçinin iri hərbi komplekslər və təlim sahələri də müşahidə olunur. Burada müxtəlif texnikanın yerləşdirildiyi və sınaq fəaliyyətlərinin aparıldığı ehtimal edilir.

Bəzi beynəlxalq mənbələr isə Çinin nüvə arsenalını modernləşdirdiyini və yeni hərbi imkanlar üzərində işlədiyini iddia edir. 

Asya
Milli.Az