“Uzak Şehir”in ulduzları arasında gizli münasibət ortaya çıxdı​

29 May 2026 21:48

Kanal D-nin reytinq rekordları qıran "Uzak Şehir" serialı bu dəfə aktyorlarının şəxsi həyatı ilə gündəmə gəlib. 

Milli.Az Musavat.com-a istinadən xəbər verir ki, serialda Şahin Albora obrazını canlandıran Alper Çankaya ilə Pakize rolunun ifaçısı Yaren Güldiken arasında münasibət yaşandığı ortaya çıxıb.

Türkiyə mediasında yayılan məlumatlara görə, aktyorlar arasında yaxınlıq serialın çəkiliş meydançasında başlayıb və zamanla sevgiyə çevrilib. Bir müddətdir eşq yaşadıqları iddia edilən cütlüyün birlikdə çəkilmiş fotolarının yayılması şayiələri daha da gücləndirib.

Məlumata əsasən, serial mövsüm finalına girdikdən sonra tətilə yollanan cütlük birlikdə görüntülənib. Sosial şəbəkələrdə yayılan fotolar qısa zamanda böyük marağa səbəb olub. Bununla belə, hər iki aktyor münasibətləri ilə bağlı hələlik rəsmi açıqlama verməyib.

Digər tərəfdən, Alper Çankayanın "Uzak Şehir" serialı ilə yollarını ayıracağı da bildirilib. İddialara görə, aktyor mövsüm finalından sonra layihədən ayrılacaq.

Türkiyə mətbuatında yer alan xəbərlərə əsasən, Alper Çankaya artıq yeni layihə ilə razılıq əldə edib. Uğurlu aktyorun yaxın zamanda çəkilişlərinə start veriləcək Netflix platformasının "Evə gedən yol" serialının aktyor heyətinə qoşulduğu qeyd olunur.

Qeyd edək ki, "Uzak Şehir" serialı yayımlandığı gündən etibarən həm mövzusu, həm də aktyor heyəti ilə geniş izləyici auditoriyası qazanıb.

Milli.Az