Xalq Çalğı Alətləri Orkestrinin 28 May – Müstəqillik Gününə həsr olunmuş konserti olub - FOTO

29 May 2026 15:50

Beynəlxalq Muğam Mərkəzində Əməkdar kollektiv Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestrinin 28 May - Müstəqillik Gününə həsr olunmuş təntənəli konserti olub.

Prezident mükafatçısı, dirijor Mustafa Aşurovun rəhbərliyi iləbaş.tutan konsertdə

əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Konsert proqramı dahi bəstəkar Üzeyir Hacıbəylinin "Koroğlu" operasından "Uvertüra" ilə davam edib.

Gecədə respublika və beynəlxalq müsabiqələr laureatları - Nurlana Abdullayeva, Şaiq Əsədov, Rafael Əsgərov, Vəfa Vəzirova, Kamal Nuriyev, Əvəzxan Əzizov, Aysu Sadıqova vəMədinə Səlimovanın ifasında vətənpərvərlik ruhunda bəstəkarəsərləri və xalq mahnıları səsləndirilib.

Müstəqillik Gününə həsr olunmuş konsert proqramıvətənpərvərlik ruhunu tərənnüm edən geniş kompozisiya iləyekunlaşıb. 

Qeyd edək ki, bu il Beynəlxalq Muğam Mərkəzinin tərkibindəfəaliyyət göstərən, Şərqin ilk notlu xalq çalğı alətləri kollektivi - Əməkdar kollektiv Səid Rüstəmov adına Xalq Çalğı AlətləriOrkestrinin yaradılmasının 95 illiyi tamam olur.

İl ərzində təşkil olunacaq konsertlər orkestrin 95 illik yubileyinəhəsr edilmiş tədbirlər planı çərçivəsində davam etdiriləcək. 

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az