Türk aktyor Uraz Kaygılaroğlu keçmiş həyat yoldaşı Melis İşiten və qızları Ada Kaygılaroğlu ilə birlikdə Qurban bayramında tətilə çıxıb.
Milli.Az xəbər verir ki, keçmiş həyat yoldaşları zaman-zaman qızları ilə birlikdə tətilə gedərək bir araya gəlirlər.
Qeyd edək ki, Uraz Kaygılaroğlu həmkarı Melis İşiten ilə 2014-cü ildə ailə qurub, 2016-cı ildə isə Ada adını verdikləri qızlarını qucaqlarına alıblar.
Lakin cütlük 2019-cu ildə 5 illik evliliklərinə son qoyub. Boşanmadan sonra isə əlaqələrini qoruyaraq dost münasibəti saxlayıblar. /olay.az
Milli.Az