Səudiyyə Ərəbistanının "Əl Nəsr" klubunu çempion edən portuqaliyalı baş məşqçi Jorje Jesus postundan ayrılıb.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə klubun rəsmi "X" hesabında məlumat yayılıb.Ətraflı
"Nə unudulmaz bir macəra idi. Necə bir şanlı səhifə yazıldı... Təşəkkürlər, mister!", - deyə klub portuqaliyalı mütəxəssisə bu sözlərlə vida edib:
Qeyd edək ki, Səudiyyə Pro Liqasının sonuncu - 34-cü turunda "Əl Nəsr" öz meydanında "Damak" klubunu 4:1 hesabı ilə darmadağın edərək xallarını 86-ya çatdırıb və mövsümü çempion kimi başa vurub. Bu, komandanın dünya ulduzu Kriştianu Ronaldonun 2023-cü ildəki gəlişindən sonra əldə etdiyi ilk çempionluqdur.
Xatırladaq ki, Jesus "Əl Nəsr"in sükanı arxasına 2025-ci ilin iyulunda keçmişdi. Buna qədər isə o, Səudiyyə Ərəbistanının digər nəhəngi - 2023-cü ilin yayından rəhbərlik etdiyi "Əl Hilal" klubundan istefaya göndərilmişdi.
Milli.Az