Trampa bənzədiyinə görə öküzü kəsmədilər - FOTO

29 May 2026 10:30

Banqladeşdə zahiri görünüşünə görə ABŞ Prezidenti Donald Tramp ilə müqayisə edilən nadir albinos öküzün Qurban bayramında kəsilməsinə icazə verilməyib.

Milli.Az xəbər verir ki, təxminən 700 kiloqram çəkisi olan heyvan kəsilmək üçün fermerdən satın alınsa da, onun fotolarının sosial şəbəkələrdə yayılması vəziyyəti dəyişib. ABŞ liderinə bənzədiyi iddia edilən öküzü görmək istəyən çoxsaylı insanlar fermaya axışıb və ərazidə böyük izdiham yaranıb.

Yaranmış vəziyyəti nəzərə alan Banqladeş Daxili İşlər Nazirliyi təhlükəsizlik səbəblərini və ictimai marağı əsas gətirərək heyvanın kəsilməməsi barədə qərar qəbul edib.

Milli.Az