Bir vaxtlar yalnız fantastik filmlərdə rast gəlinən texnologiyalar artıq real həyatda istifadə olunmağa başlayıb.
Milli.Az xəbər verir ki, Rokid tərəfindən təqdim edilən süni intellekt dəstəkli ağıllı eynəklər texnologiya həvəskarlarının diqqətini çəkib.
Yeni nəsil ağıllı eynəklər istifadəçilərə fərqli və innovativ təcrübə təqdim edir. Cihaz taxıldığı anda istifadəçinin qarşısında virtual ekran yaranır və bir sıra funksiyalar aktivləşir.
Eynəyin ən çox diqqət çəkən xüsusiyyətlərindən biri real vaxtda dil tərcüməsi etməsidir. Ətrafdakı insanlar fərqli dillərdə danışarkən, sistem həmin danışığı anında seçilən dilə çevirərək yazılı şəkildə istifadəçinin göz önündə göstərir.
Bununla yanaşı, ağıllı eynək naviqasiya imkanları ilə də seçilir. Yol hərəkəti zamanı sürət həddi, marşrut istiqaməti və təxmini çatma vaxtı kimi məlumatlar birbaşa ekran üzərindən görünür.
Texnologiya sahəsində yeni mərhələ kimi qiymətləndirilən bu cihaz sosial şəbəkələrdə də geniş maraq doğurub.
Hüseyn
Milli.Az