"Komedixana"nın aktrisasının müzakirə yaradan VİDEOsu

1 İyun 2026 13:49

"Komedixana"nın aktrisası Zarina Qurbanova sosial şəbəkələrdə yayılan videosu ilə gündəmə gəlib.

Milli.Az xəbər verir ki, aktrisanın çəkildiyi reklam çarxı izləyicilər arasında geniş müzakirələrə səbəb olub. "Komedixana"nın ulduzu tanıtım videosunda geyim tərzi və rəqs performansı ilə diqqət çəkib.

Xüsusilə Zarinanın dərin yarıqlı qırmızı libasdakı görüntüləri maraq doğurub. Onun rəqs bacarığı bir çox izləyicini təəccübləndirib. Sosial media istifadəçilərinin bir qismi aktrisanın bu istedadından əvvəllər xəbərsiz olduqlarını qeyd ediblər.

Qısa zamanda yayılan video çoxsaylı baxış və rəylər toplayaraq gündəm mövzularından birinə çevrilib.

Hüseyn
Milli.Az