Niderlandda azərbaycanlı gənc faciəvi şəkildə öldü

28 May 2026 22:30

Gürcüstanda azərbaycanlıların sıx yaşadığı Marneuli rayonundan olan həmyerlimiz Niderlandda faciəvi şəkildə həyatını itirib.

Milli.Az Gürcüstan mediasına istinadən xəbər verir ki, Aşağı Saral kənd sakini olan 18 yaşlı Raliz Rəqimov ötən gün bədbəxt hadisə nəticəsində göldə həyatını itirib.

Bildirilib ki, R.Rəqimov işləmək məqsədilə Niderlanda gedibmiş./"Qafqazinfo"

Milli.Az